8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Reynaldo və Tsxadadzedən şərikli rekord

Mövsümün ən yaxşı bombardiri Reynaldo Silva və Baçana Tsxadadze ardıcıl 3-cü oyunda qol vurublar. Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ”ın braziliyalı legioneri “Sumqayıt” və “Qəbələ” ilə qarşılaşmalarda dublları sıralamışdısa, AZAL-a 1 qol vurmağı bacarıb. Bu qol seriyası Reynaldonun Azərbaycan Premyer Liqasında ilk belə uğurudur. Ötən iki turda “Qəbələ” və “Rəvan”ın hərəsinə 1 qol vuran “İnter”in gürcüstanlı hücumçusu Tsxadadze bu dəfə “Simurq”un qapısına yol tapdı.

Bu cütlük ardıcıl 3 turda qol sevinci yaşamaqla mövsümün rekordunu da təkrarlayıb. Reynaldo ilə Baçanaya qədər “Qarabağ”ın hollandiyalı oyunçusu Leroy Corc və “Neftçi”nin braziliyalısı Karlos Kardoso da bunu bacarmışdı. Corc 24-26-cı, Karlos 14-16-cı turlarda ardıcıl hər oyunda 1 qol vurmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30