Ölkə futbolu
Tsxadadze: “Hər növbəti oyun bizim üçün finala bərabər olacaq”
“İnter”in hücumçusu Baçana Tsxadadze klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- “Rəvan”la matç barədə nə deyə bilərsiniz?
- Öncə bir qədər çətin oldu. “Rəvan”nın əsas məqsədi bizə oynumuzu göstərməyə mane olmaqdan ibarət idi. Onlar bizə oyun tərzimizə uyğun oynamağa mane olmağa çalışdılar. Böyük hesaba baxmayaraq deyə bilərəm ki, biz daha çox qol vura bilərdik. Rəqibin isə bir təhlükəli anı oldu, həmin anda da bizim bəxtimiz gətirdi.
- Oyun çox uzun alındı, çünki matçın 11-ci dəqiqəsində oyun sabaha təxirə salındı. Bu vəziyyət futbolçulara necə təsir göstərdi?
- Qeyd etdiyim kimi, dünənki oyunun əvvəlində bizə bir qədər çətin oldu, axı bütün futbolçular bazar günü keçiriləcək matça köklənmişdilər. Ancaq matç təxirə salındı və oyunu davam etdirmək üçün daha bir gün bazada qalmalı olduq ki, bu da müəyyən mənada rahatsızlıq yaratdı. Psixoloji planda çətin idi, oyuna yenidən köklənməli olduq. Lakin uşaqlara halal olsun ki, toparlana və özlərini göstərməyi bacara bildilər.
- Bununla belə, oyunun təxirə salınması yaxşı ideya idi, axı komandaların bazar günü meydançada keçirdikləri qarlı- çovqunlu 11 dəqiqəni böyük çətinliklə futbol adlandırmaq olardı.
- Səmimi deyim ki, mən futbol meydançasında belə hava görməmişdim. Bundan başqa, mən belə havada futbol oynanıldığını hətta televiziyadan da seyr etməmişəm.
- “Rəvan” üzərində qələbə “İnter”ə turnir cədvəlindəki yerini qorumağa imkan verdi. Ancaq qarşıda bizi 8 tur gözləyir. Necə düşünürsünüz, komanda məqsədinə və mükafat yerlərindən birini tutmağa nail ola biləcək?
- Bu 8 tur bütün komandalar üçün vacibdir. Hər növbəti oyun bizim üçün final oyununa bərabər olacaq. Biz “Rəvan”la keçirdiyimiz son oyunda olduğu kimi, uğurla çıxış etməliyik. Futbolçular meydançada bütün güclərini qoymalıdırlar. Nəyə qadir olduğumuzu nümayiş etdirməliyik.
- Mövsüm sona yaxınlaşır və bu mərhələdə oyunçularda tez-tez yorğunluq müşahidə olunur. Fiziki yorğunluqla yanaşı, həm də futbolçularda əksini tapan psixoloji yorğunluq da var. Bununla bağlı sizdə vəziyyət necədir?
- Komandanın ixtiyarında lazım olduğu təqdirdə bir-birlərini əvəz edəcək çox sayda oyunçular var. “Rəvan”la oyunda biz Cavadovsuz, Əmircanovsuz və digər futbolçularsız oynadıq. Bununla belə, zəruri nəticəni qazandıq. Əladır ki, komanda işini yerinə yetirir və uşaqlar layiqincə bir-birilərini əvəz edirlər. Son turlarda Mikel Alvaro komandaya çox kömək edir, ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Mənə gəldik isə deyə bilərəm ki, hazırda özümü iki-üç tur öncəkindən daha yaxşı hiss edirəm. Qapını dəqiq nişan almadığım an olmuşdu və bu, müəyyən problemlər doğurmuşdu. Mən çox əsəbiləşirdim və buna görə oyunum alınmırdı, lakin indi özümü daha yaxşı hiss edirəm.
- “İnter” artıq Azərbaycan Kuboku turnirindən uzaqlaşdı. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Belə ki, komanda kubok qazanmaq şansından məhrum oldu, ancaq buna baxmayaraq kubok turnirindən uşaqlaşması komandaya tamamilə çempionat oyunlarına köklənməyə imkan yaratdı. Bu vəziyyəti komanda necə qarşıladı?
- “Neftçi” ilə cavab oyunundan sonra soyunma otağında bu oyunlar və ümumilikdə kubok barədə bütün söhbətləri yekunlaşdırdıq. Bundan başqa biz bir-birimizə söz verdik ki, çempionatda başladığımız işi sona çatdırmalıyıq.
- Qarşıda komandanı səfərdə “Simurq”la çətin oyun gözləyir. Zaqatalada keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, “Simurq” 6-cı yeri tutmasına baxmayaraq ölkənin ən yaxşı komandalarından biridir. Onların sərgilədikləri futbol mənim çox xoşuma gəlir. Komanda bu oyuna yaxşı hazırlaşmalıdır, axı bizi çətin matç gözləyir. Hər şey futbol meydançasında həll olunacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi