7 Iyun 2024, Cümə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Syomin: “Səbr etmək lazımdır”

“Nəticə qanunauyğundur, “İnter” bu gün bizdən üstün oynadı. Bunun  səbəblərindən biri əsas heyətdən bir neçə müdafiəçinin olmamasıdır. Bu dəfə rəqibə qarşı müdafiədə etibarlı oynaya bilmədik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Syomin vaxta ehtiyac duyduqlarını bildirib: “Bundan əlavə “İnter” kubok oyunundan sonra fiziki baxımdan bizdən daha güclü oldu. Levinin daha öncə harada oynaması mənim üçün önəmli deyil. 0-1 hesabı ilə geri düşdükdən sonra hücumameylli oyunçunu meydana buraxdım. Bu nəticə ilə heç kim razı ola bilməz, nə mən, nə də azarkeşlər. Sabit çıxış etmirik, Kamran, Rafael və Nikola zədəlidir. Gənc futbolçulara şans verməli olduq. Nəticə qazanmaq üçün səbr etmək lazımdır. Əvəzetmədən oyuna daxil olan Leonardonun oyunu məni qane etmədiyi üçün onu əvəzlədim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30