9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

“Bu fikirlərin mənası yoxdu”

“Əlbəttə, ölkə kubokunun 1/4 finalında “Rəvan”a yenilib, mübarizəni dayandırmaq üzücüdü. Ancaq olanlar keçmişdə qaldı. Hər şeyə rəğmən, biz toparlanmalıyıq və AZAL-la oyunda qələbəni düşünməliyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Sabah Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində AZAL-a qarşı keçiriləcək oyun barədə klubun rəsmi saytına danışan Pantiç, Marius Pena haqda da danışıb: “Bundan sonra Premyer Liqa qarşılaşmalarına var gücümüzü qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Sabah AZAL-ı yenə bilsək, 4-cü dövrədə 18 xal toplamış olacağıq. Bu isə əvvəlki dövrələrdəkindən daha yaxşı nəticə sayılacaq. Bütün çətinliklərə baxmayaraq, futbolçularımda ruh yüksəkliyi yaratmağa çalışıram. Mətbuatda Marius Penanın “qara siyahı”ma düşməsi ilə bağlı yazılanlara gəlincə, deyim ki, o sabah mənimlə birgə olacaq. Bu cür fikirlərin mənası yoxdu. Hazırda müalicə alan Rauf Əliyevin xidmətindən isə “Simurq”la oyunda yararlana biləcəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30