9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

“Bakı” AZAL-la oyuna hazırdı

Sabah Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Bakı” səfərdə AZAL-la qarşılaşacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.

Saat 11.10-da yüngül qaçış və isinmə hərəkətləri ilə başlayan hazırlıq ardınca yerini əyləncəli oyuna buraxıb. Belə ki, mərkəz dairənin içinə cəmlənən futbolçular təkqaldı oynayıb. Şən əhval-ruhiyyədə davam edən “kvadrat” tapşırığından sonra “zolaqlılar” maneələri keçməklə, sürətli qaçış tapşırığını yerinə yetirib. Sonda ikitərəfli oyun da baş tutub. Rəmzi olaraq “göylər” və “sarılar”ın mübarizəsində birincilər (3:0) üstün olub.

Qeyd edək ki, icazəli olan Elvin Əliyev və dartılmış əzələsini müalicə etdirən Rauf Əliyev məşqdə iştirak etməyib. Qabırğasında əmələ gələn çatın bitişməsini gözləyən Əfran İsmayılov isə yüngül qaçışla kifayətlənib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30