29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Mahir Şükürov: “Yığmaya kömək etməyə həmişə hazıram”

"Hər bir futbolçu istəyər ki, uzun və uğurlu karyeraya sahib olsun. İndiyə kimi keçirdiyim 200 oyundan 68-də “Neftçi”nin forması ilə meydana çıxmışam. İnşallah “Neftçi”də 100-cü oyunumu keçirərəm. Bu komandanın üzvü olmaq qürurvericidir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin üzvü Mahir Şükürov deyib.

Klubun rəsmi saytına danışan M.Şükürov yığmadakı karyerasında da söz açıb: “Neftçi” ilə karyeramın ən böyük nailiyyətlərinə imza atmışam. Avropa Liqasının qrup mərhələsində oynadıq, çempionluq yaşadıq və ölkə kubokunu qazandıq. İndi bunun davamını gətirmək üçün əlimizdən gələni etməliyik. Çempionatın son oyunlarına komandamız heyətdəki böyük itkilərlə çıxdı. Bu səbəbdən də vacib xallardan məhrum olduq. Amma qarşıda hələ uzun marafon var, ona görə də indidən nəsə demək çətindir. İstərdim ki, “Neftçi” ilə yanaşı milli komandadakı oyunlarımın sayını da artırım. Son toplanışa dəvət almasam da, yığmaya kömək etməyə həmişə hazıram. Məşqçilər hər toplanışda gənc futbolçulara da dəvət göndərib onlara şans verirlər. Bu çox gözəl haldır. Bizim komandadan da Elvin Yunuszadə ilk dəfə olaraq milli komandaya çağırıldı. İnanıram ki, o da yığmada yerini möhkəmlədə biləcək. Mənə də nə vaxt dəvət gəlsə canla-başla oynayaram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31