8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Çoxlu qol buraxdığımız üçün oyunu müdafiədən qururuq”

“Bütün futbolçularımı təbrik edirəm. Yenə də oyunu 10 nəfərlə başa vurduq. Buna baxmayaraq, sona kimi qələbə qazanmağı düşündük. Cərimə zərbəsindən qol vurduq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar deyib.

Türkiyəli mütəxəssis Azərbaycan futboluna dəstək verməyə çalışdığını bildirib: “Rəqib çox intizamlı oynayır, məğlub olduğu oyunlarda belə yaxşı oyun göstərir. Qalib gəlmək gözəl hissdir. Rəqibə demək olar ki, qol imkanı vermədik, bunu müsbət hal kimi dəyərləndirirəm. Bundan sonrakı oyunlarda rəqiblərə qarşı daha rahat oynamalıyıq. Uzun zamandır qalib gələ bilməməyin yaratdığı psixoloji təsir var futbolçlarda. Yerli futbola dəstək verməyə çalışırıq. Heyətimizdə beş gənc futbolçu, bu gün onlardan üçünü oynatdıq. Çoxlu qol buraxdığımız üçün oyunu müdafiədən qururuq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30