28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Tələyə düşəcək bir oyundu”

“Sumqayıt”la görüş tələyə düşəcək bir oyundu. Belədə çətinliyin nə dərəcədə olduğunu düşünmək çətin deyil. Xüsusilə, rəqib “Neftçi”ni (2:0) məğlub etdikdən sonra bizimlə qarşılaşacaq. Onlarda motivasiya yüksək səviyyədədi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Klubun rəsmi saytına sabah “Sumqayıt”a qarşı keçiriləcək oyun barədə danışan Pantiç komandanın nəticəsinin mövsümün sonunda görünəcəyini bildirib: “Üstəlik, “Sumqayıt” “Bakı” ilə oyunda heç nə itirmir. Əksinə, biz xal itirə bilərik. Bu üzdən, mən yetirmələrimə sabahkı görüşü final kimi təlqin edirəm. Komandam qalib gəldiyi oyunlarda axıra kimi döyüşüb. “Sumqayıt”ın “Neftçi”ni məğlub etməsini təhlil etmək istəmirəm. Gözlənilmədən onlar qələbə qazanıb bizə qonaq gəlirlər. Qış fasiləsindən sonrakı çıxışımıza gəlincə, Azərbaycanda elə bilirlər ki, yekun nəticə sentyabr ayında qazanılır. Necə ki, restoranda qulluqçu gəlib sonda hesabı deyir. Beləcə komandanın nəticəsi də mövsümün sonunda (21 may) görünəcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31