29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Tahir Gözel: “Xocalıda baş verənlər insanlıq üçün utanvericidir”

Xocalı faciəsinin 22-ci il dönümündə “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözel klubu ziyarət edib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daim önəmli günlərdə komandanı tək qoymayan başqan bu dəfə komandayla birgə faciəni yad edib.

Gözel komandayla məşqdən sonra görüşüb. Öncə faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 22 il öncə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan başqan baş verən faciənin bir millətin, xalqın deyil bütün bəşəriyyətin üzüntüsünün olduğunu qeyd etdi. Tahir bəy yaradılış qayəmizdən danışaraq qeyd etdi ki,  yer üzərinin bütün insanları eyni yaradılıb, sonra isə insanlar qəlblərindəki tamaha yenilərək Xocalı kimi faciələri törədirlər. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd edib. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirib. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil, bütün insaniyyətin övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb.

Tahir bəy tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması üçün hər birimizin üzərinə düşən vətəndaşlıq görəvinin artıqlamasıyla yerinə yetirilməli olduğunu söyləyib.

Qarabağ adının “Qarabağ”la fərq yaratdığını amma adımızı ən qürurulu şəkildə daşıdığımızı ifadə etdi. “Qarabağ”ın 1 milyon məcburi köçkünün Qarabağ sevdasının təsəllisi olduğunu bildirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31