9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ” “Simurq”la oyuna hazırdır

Premyer Liqanın XXIV turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq "Qəbələ" bu gün doğma məkanda oyun öncəsi son məşqinə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, məşqdən öncə klubun vitse-prezidenti Fariz Nəcəfov komandanın futbolçu, məşqçi və texniki heyətini Xocalı Soyqırımı barədə ətraflı məlumatlandırıb, onlara bu günün Azərbaycan xalqının həyatında tutduğu önəmli yerdən bəhs edib.  

Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan Rafael Santos və Omar Kalabane yer almayıb. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.

"Qırmızı-qaralar" sabah səhər saatlarında Qəbələni tərk edəcək. Komandanın matçöncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Zaqatala şəhər stadionunda sabah baş tutacaq.

Xatırladaq ki, "Qəbələ" "Simurq"la fevralın 28-i saat 15:00-da üz-üzə gələcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30