8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Rəvan” AZAL ilə oyunun hazırlıqlarına başladı

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Rəvan” AZAL komandasını qəbul edəcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bayıl Arena”da keçiriləcək qarşılaşma fevralın 28-də baş tutacaq. “Rəvan” bu oyunun hazırlıqlarına başlayıb.

Bazar ertəsi Qəbələdə meydana çıxanlar üçün bərpaedici məşqlər olduğundan hazırlıq tam tərkibdə baş tutmayıb. Bu gün isə komandanın bütün üzvləri bir araya gəlib. Baş məşqçi Güvənc Kurtar məşqi iki hissəyə bölüb. Əvvəlcə taktiki-texniki çalışmalarla yüklənən oyunçular sonda fiziki hazırlığa da vaxt ayırıb.

Qeyd edək ki, Hüseyn Axundov cəzasını başa vurduğundan AZAL ilə oyunda Kurtarın sərəncamında olacaq. Əvəzində İK tərəfindən 3 oyunluğa cəzalanan Lukaş Sapela şüvəlanlılarla matçda forma geyə bilməyəcək. Elə zədəsini sağaltmaqla məşğul olan Tyaqo Mirasema da çox güman oynaya bilməyəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30