29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Arif Daşdəmirov üçün əlamatdar oyun

Premyer Liqanın 23-cü turu “İnter”in müdafiəçisi Arif Daşdəmirov üçün əlamatdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Bakı” ilə qarşılaşma Arif üçün “İnter”in heyətində çempionatda keçirdiyi 100-cü oyun idi. Futbolçu 2010-cu ilin yayından etibarən “İnter” komandasındadır, onun çempionatda debüt oyunu Tovuz şəhər stadionunda baş tutub. O zaman Kaxaber Tsxadadzenin komandası “Turan”ı 3:0 hesabıyla məğlub etmiş, Arif də 90 dəqiqə meydanda olmuşdu. Həmin mövsümdə Arif 30 matçda meydançaya çıxıb, növbəti mövsümdəsə 27 oyun keçirib, 2012-2013-cü il mövsümündə 25 qarşılaşmada mübarizə aparan, Daşdəmirov cari çempionatda 18 matçda “İnter”in uğuru üçün mübarizə aparıb.

Çempionatda keçirdiyi 100 qarşılaşmada müdafiəçi meydançada ümumilikdə 7794 dəqiqə keçirib, 84 dəfə start heyətdə yer alıb, 16 dəfə oyunun gedişində meydaçaya çıxıb. Arif bu oyunlarda 20 sarı vərəqə alıb və bir dəfə meydançadan uzaqlaşdırılıb. Bu hadisə 2011-2013-ci il mövsümündə “Sumqayıt”la (2:0) keçirilən ev oyununda baş verib.

Bu matçlarda futbolçu iki vurduğu qolla fərqlənib. Arif, ilk qolunu 2011-ci ildə “Sumqayıt-Şəhər”(0:2) komandasıyla keçirilən səfər qarşılaşmasında vurub. Ikinci qolu da növbəti mövsümdə “Qəbələ” (2:1) komandasıyla keçirilən ilk ev qarşılaşmasında qeydə alınıb.

Əlavə edək ki, Arif Daşdəmirov Azərbaycan milli komandasına da dəvət edilib və yığmanın heyətində bir oyun keçirib.


inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31