9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Sumqayıt” bu qələbəni 188 gün idi gözləyirdi

“Sumqayıt”ın Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, ardıcıl 19 oyundur qələbə qazana bilməyən Aqil Məmmədovun yetirmələri 23-cü turda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etməklə uğursuz seriyaya son qoyub.

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 3-cü turda qalib gəlmişdi. 2013-cü il avqustun 19-da öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “Sumqayıt” 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son qoydu.

Qeyd edək ki, Azərbaycan çempionatlar tarixində ən uzun qələbəsiz oyunlar seriyaları “Şəfa”, “Bakı” (hər ikisi 32), “Energetik” (28) və “Göyəzən”ə (27) məxsusdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30