29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Bakı” paytaxt derbisinə hazırdı

Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq. Futbolxeber.az-ın “Bakı”nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “zolaqlılar” bu gün oyunöncəsi son məşqini keçirib.

Saat 11:30-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Ardından meydanın mərkəzinə cəmlənən “zolaqlılar” əyləncəli qaçdı-tutdu oynayıb. Daha sonra “kvadrat” və qısa məsafələrə sürətli qaçışa yer verilib. Çiskinli hava şəraitində davam edən məşqin sonunda ikitərəfli oyun keçirilib. Rəmzi olaraq “göylər” və “narıncılar”ın mübarizəsində ikincilər 6:5 hesabı ilə üstün olub.

Qeyd edək ki, hələ də zədəsini sağaldan Şəhriyar Əliyev kollektivdən ayrıca çalışıb. Zədəli olan Cavid Hüseynov və Elvin Əliyev isə hazırlıqda iştirak etməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31