8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Basketbol

"NTD-İndiqo" Azərbaycan Kubokunu qazanmağı hədəfləyir"

“NTD-İndiqo” komandası Azərbaycan Kubokunu qazanmağı hədəfləyir".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu adıçəkilən klubun basketbolçusu Rəşid Abbasov mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, “Şəki”yə qarşı keçiriləcək kubok matçı öncəsi məqsədlərinin sona qədər irəliləmək olduğunu bildirib: “Düşünürəm ki, kubok matçlarında liqanın yerli oyunçuları arasında maraqlı qarşıdurmanın şahidi olacağıq. “NTD-İndiqo” həmişə olduğu kimi bir məqsəd - kuboku qazanmaq üçün meydançaya çıxacaq. Turnirin ilk oyununda bizi “Şəki” gözləyir. Rəqibin liqa matçları ilə müqayisədə dəyişəcəyini düşünmürəm. Yenə də istənilən rəqibə hörmətlə yanaşırıq”.
 
Rəşid Abbasov 3 yerli + 2 əcnəbi limitinin onlara təsir edəcəyinə inanmır: “Güclü yerli oyunçularımız var. Əsas basketbolçular Elşad Şirzadov və Əkbər Məmmədovdur. Amma əminəm ki, Murad Babayev, Məhəmməd Hüseynli və Maqsud Hümmətov da kubok görüşlərində özlərini yaxşı göstərəcəklər. "3+2" limiti yerli oyunçuları motivasiya edir. Bu o deməkdir ki, liqa oyunlarından fərqli olaraq daha çox çıxış edəcəyik. Özümüzü təsdiq etməliyik”.
 
Basketbolçu ölkə kubokunu qazanmaq perspektivlərini də dəyərləndirib: “Hesab edirəm ki, qalib gəlmək üçün çox yaxşı şansımız var. Digər klublardan “Neftçi”, “Sabah” və “Xəzri”ni qeyd edə bilərəm. Bu komandalarda güclü yerli oyunçular var”.
 
Qeyd edək ki, fevralın 28-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək “NTD-İndiqo” – “Şəki” oyunu saat 16:30-da başlayacaq.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30