8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Basketbol

“Xəzri”nin yeni transferi Azərbaycan çempionatında debütə hazırdır

“Xəzri”nin yeni transferi Yusuf Muhammed Azərbaycan Basketbol Liqasında debüt etməyə hazırdır.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Murat Dikmən açıqlayıb.
 
Türkiyəli mütəxəssis bildirib ki, amerikalı basketbolçu XII turda “Cəlilabad”la görüşdə iştirak edə biləcək: “Yeni oyunçumuz Yusuf Muhammed artıq sıralarımıza qatılıb və sabahkı matçda bizimlə olacaq”.
 
Çalışdırıcı “Cəlilabad”la qarşılaşmanın növbəti görüş öncəsi mühüm olduğunu bildirib: “Bizi gərgin oyun gözləyir. Ardıcıl iki qələbədən sonra bu matçda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Sabah qələbə qazanaraq növbəti həftə “NTD İndiqo” ilə keçiriləcək matça daha yaxşı köklənmək istəyirik. Həmin oyunda qalib gələn komandanın pley-offa kimi ikinci pilləni təmin edəcəyi şübhə doğurmur. “Cəlilabad” bu oyunda mənfi gedişata son qoymaq niyyətində olacaq. Bu səbəbdən əlimizdən gələnin ən yaxşısı etməliyik ki, görüşü istədiyimiz nəticə ilə başa vuraq”.
 
Qeyd edək ki, yanvarın 24-də keçiriləcək “Xəzri” - “Cəlilabad” oyunu saat 16:00-da başlayacaq. Hazırda “Xəzri” 20 xalla üçüncü, “Cəlilabad” isə 15 xalla altıncı yerdə qərarlaşıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30