8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Basketbol

"Gəncə"nin baş məşqçisi: "Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik"

"Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik".

Futbolxeber.az saytının məlumatına görə, bunu “Gəncə” komandasının baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XI turunda “Xəzri”yə 89:96 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bölüşən mütəxəssis bir oyunçularının zədələnməsinin komandanın psixoloji durumuna mənfi təsir etdiyini bildirib: “Gərgin, mübarizəli oyun oldu. Üçüncü periodda daha yaxşı oynadıq, hətta hesabda önə keçdik. "Sabah" ilə görüşdə də belə olmuşdu. Uşaqlar bu gün yaxşı çıxış etdilər. Amma bir oyunçumuzun zədələnməsi komandanın psixoloji durumunu pozdu. Növbəti matçlara daha yaxşı hazırlaşacağıq. Evdə daha bir güclü rəqiblə oyunumuz var. Ümid edirəm ki, növbəti matçda sonluq daha yaxşı olacaq".

Qeyd edək ki, hesabında 14 xal olan “Gəncə” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30