7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Basketbol

İspaniya millisinin üzvü: “İstərdim ki, finala qədər bəxtimiz gətirsin”

"Çalışıram ki, hər oyunda komandaya xeyir verim. Vurduğum qol millimizi yarımfinala çıxarırsa, buna daha çox sevinirəm”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri İspaniyanın U-17 millisinin üzvü Fransisko Qarsiya deyib.

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının 1/4 final mərhələsində İngiltərəni 1:0 hesabı ilə məğlub edən İspaniya millisi yarımfinala yüksəlib.

Vurduğu qolla komandasının yarımfinala yüksəldən Qarsiya qələbəni belə şərh edib: “İlk hissədə gücümüzü itirdik. Buna görə də ikinci hissənin sonlarında rəqib çoxlu qol imkanları yaratdı. Bəxt amili bütün idman növlərində var. Bu, o cümlədən futbola da aiddir. İstərdim ki, finala qədər bəxtimiz gətirsin. Yarımfinalda Almaniya millisi ilə qarşılaşacağıq. Məqsədimiz finala qədər irəliləməkdir". 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30