Basketbol
Bu komandanı qorumaq lazımdır! YAZI
17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatındakı çıxışını başa vurdu. Çoxlarının gözlədiyi, bəzilərinin isə arzuladığı kimi yığmamız qrupda qaldı. Etiraf etmək lazımdır ki, bu nəticə gözlənilən idi. Hər nə qədər “yağmayıb, guruldasaq da”, reallıq budur ki, bu gün U-17 millimizin nəinki Avropa çempionatında medal qazanması, heç ən güclü 8 yığma arasına yüksəlməsi belə möcüzəyə bərabərdir. Əvvəla, qitə birinciliyində Avropanın ən güclü kollektivləri mübarizə aparır. Üstəlik, bu günə qədər Azərbaycan millisi heç vaxt Avropa çempionatında oynamamışdı. Elit raundda qələbə, qol üzünə həsrət idik. Amma ev sahibliyi etdiyimiz Avropa çempionatında nəinki qol vurub, xal qazandıq, üstəlik, Şotlandiya yığması üzərində qələbəyə də nail olduq. Hər kəsin fikrinə hörmətlə yanaşsaq da, qeyd etməliyik ki, bu, böyük uğurdur. FIFA reytinqində “ilk yüzlük”də belə olmayan bir ölkə üçün Avropa çempionatında 4 xal toplamaq əla nəticədir.
Özü də bu komanda ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzmuşdu. Amma yenə də özündə güc tapmağı bacardı. Portuqaliya ilə görüşdən sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov bütün məsuliyyəti öz üzərinə götürərək, futbolçularını tənqidlərdən qorumağa çalışdı. Bu, böyüklük nümunəsi idi. Bu günə qədər neçə azərbaycanlı məşqçidən “mənim haqqımda nə istəyirsiz yazın, yetər ki futbolçularıma toxunmayın” cümləsini eşitmişik? Bəli, Təbriz Həsənovun işini çox yaxşı görür. Çoxları onu tənqid etsə də, Futbolxeber.az saytı olaraq daim Həsənovun düzgün yolda olduğunu düşünmüşük. Belçika və Şotlaniya ilə oyunlar da zənnimizdə yanılmadığımızı göstərdi. Bəzilərinin “o, məşqçi deyil” dediyi Həsənovu yanvarda, Sankt-Peterburqda ilk dəfə yaxından tanıdım. Digər məşqçilər inciməsin, amma Yaşar Vahabzadədən sonra yığmalarda işinə bu qədər ciddi yanaşan məşqçi görməmişdim. Azarkeş meydandan kənarda olanları görmür. Amma biz çox şeyi görürük, bilirik. Ölkə xaricində turnirdə olan yığmanın baş məşqçisinin gecə saat 3-də “gəzməkdən” gəldiyini də, səhərə qədər restoranda “vaxt keçirdiyini” də görmüşük. Amma Təbriz Həsənovda bunların heç biri yoxdur. O, 24 saat yalnız işini düşünür. Bu, mədhiyyə deyil, gördüyümüzü, bildiyimizi yazırıq. Siz bu gün gənclərə, nisbətən yaşda özündən kiçik olan məşqçilərə ağıl öyrədən “təcrübəlilər”ə də çox inanmayın. Onların məsuliyyətin altına girməkdən necə qorxduqlarını Şahin Diniyevin istefasından sonra yığmamıza yaxın durmayarkən görmüşük...Amma Təbriz Həsənov məsuliyyətdən qorxmadı, ağır yükü çiyinlərinə götürdü və yığdığı 4 xalla bu çətin sınaqdan alnıaçıq çıxdı.
Portuqaliya ilə oyundan sonra yığmamızın çalışdırıcısı türkiyəli futbolçuları yığmaya cəlb etdiyinə görə sərt şəkildə tənqid olunurdu. Bir az səmimi olaq, yerli futbolçu tapıldı, Təbriz Həsənov onu yığmaya götürmədi? Əminliklə deyirik, üstəlik türkiyəli qardaşlarımız demişkən, altına da imzamızı atırıq: Bu gün U-17-nin formasını geyən türkiyəlilərin əksəri, ən azı əsas heyət üzvlərindən olan Hüseyin Seyliqli və Mətin Gülər Azərbaycan millisinin formasını heç də yerlilərdən az məsuliyyətlə daşımırlar. Azərbaycanı öz Vətənləri bilirlər.
Gəlin, diqqət yetirək və müqayisə aparaq.
Bəzilərinin ağız büzdüyü Mətin Gülər “Türkiyədən təklif gəlsə belə, fikrimi dəyişmərəm deyir”. Hüseyin Seyliqli zədəli ola-ola Avropa çempionatında Azərbaycan yığmasının uğuru üçün “bir ayağımla da olsa, oynamağa hazıram” söyləyir. Üstəlik, daim müsahibələrində bu iki futbolçu heç vaxt “Azərbaycan xalqını” deyil, “xalqımızı sevindirməyə çalışırıq” deyirlər. Amma təəssüflər olsun ki, bu gün yığmada elə azərbaycanlı futbolçu var ki, 2 il əvvələ kimi “Azərbaycanı yox, Almaniya millisini seçirəm” deyirdi. Sonra isə “qarşıdan Avropa çempionatı gəlir, ona görə də hələlik Azərbaycan millisinin formasını geyməyə razıyam” söyləyirdi. Elə yerli futbolçu var ki, klubundan “aldığı” tapşırığa əsasən, təlim-məşq toplanışında özünü qorumaq üçün 5 gün “zədəliyəm” deyib, amma 2 gün sonra Premyer Liqada komandasının heyətində 90 dəqiqə meydanda olub. Siz deyin, bu futbolçudan hansılar Azərbaycan yığmasının formasını geyməyə daha layiqdir?.. Ayrı-seçkilik etməyək, azərbaycanlı da olsa, türkiyəli də olsa, bu komandada oynayanların hər biri bizim futbolçumuz, bizim gələcəyimizdir.
Sankt-Peterburqdan qayıtdıqdan sonra da yazmışdıq, bir daha təkrar edirik - bugünkü U-17 yığması böyük potensiala malikdir. Futbolçulu, məşqçili, həkimli, inzibatçılı - komanda saat mexanizmi kimi çalışır. Bu komandanı qorumaq lazımdır. Ən azı gələcəkdə utanılası yox, fəxr ediləsi yığmamızın olmasını istəyiriksə...Gəlin, şəxsi prinsiplərimizi, mənafeyimizi bir kənara qoyaq. Bu gənclər bizim futbolumuzun gələcəyidirlər.
İbrahim, FUTBOLXEBER.AZ
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi