9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Basketbol

AVRO-2016: “Serbiyanın 1/4 finala yüksəlmək üçün gözəl şansı var”

“Oyundan razıyam. Yalnız nəticədən narazı qaldım”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Serbiyanın U-17 millisinin baş məşqçisi İlija Stolika deyib.

Bakıda keçirilən Avropa çempionatının ikinci turunda Serbiya yığması İspaniya ilə bərabərə qalıb - 1:1. Serblərin çalışdırıcısı komandasının qələbə qazanmalı olduğunu vurğulayıb: “Birinci hissədə parlaq çıxışla yadda qalmadıq. Amma fasilədən sonra oyunumuz dəyişdi. Əvvəlcə hesabı bərabərləşdirdik. Daha sonra isə qələbə qolunu vura bilərdik. Bunun üçün bir neçə şansımız olsa da, onlardan yararlana bilmədik”.  

Serb mütəxəssis komandasının 1/4 finala adlamaq gücündə olduğunu vurğulayıb: “Bizim 2 oyunumuza baxanlar gördü ki, güclü komandamız var. Qrupda 4 güclü kollektiv yer alıb. Hər bir komanda digərini məğlub edə bilər. 4 komandanın da 1/4 finala yüksəlmək şansı var. Bizim mübarizəni davam etdirmək üçün gözəl şansımız var”.

Serbiya yığmasının baş məşqçisi Hollandiyaya qarşı görüşdə qələbə haqda düşündüklərini qeyd edib: “Bizim kimi Hollandiya da meydana qələbə üçün çıxaq. Amma bu məqam bizi qorxutmur. Məqsədimiz qalib gəlməkdir. Əlimizdən gələni edəcəyik ki, 1/4 finala adlayaq”.

Stolika qrupun digər oyunu ilə bağlı proqnoz verməyə çətinlik çəkib: “İspaniya, yoxsa İtaliya? Bunu demək çətindir. Üstəlik, zövqlər müxtəlifdir. Mən bəyəndiyim oyun tərzinə görə İspaniya deyərdim. Amma bir başqası əksini iddia edə bilər. Dediyim ki, hərənin öz fikri var. Bizi 2 gərgin və çox maraqlı oyun gözləyir”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30