8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Basketbol

İspaniyanın baş məşqçisi: “Bu, həm “Atletiko”, həm də Azərbaycan üçün müsbət məqamdı”

İspaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Santi Denia Futbolxeber.az saytına müsahibə verib.

- Bakıda Avropa çempionatının startına çox az vaxt qalıb. Komandanız yarışa tam hazırdırmı?

- Avropa çempionatına çox yaxşı hazırlaşmışıq. Düzdür, turnirə son anda vəsiqə qazandıq. Lakin üzərimizdə çox işləyirik. Komandam çempionata hazırdı.

- İspaniya millisi “ölüm qrupu”nda növbəti mərhələyə adlaya biləcək?

- Həqiqətən də çox çətin çətin qrupa düşmüşük. İtaliya, Hollandiya və Serbiyanın gücü hər kəsə bəllidir. Rəqiblər güclü olsalar da, əlimizdən gələni edəcəyik. Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq.

- Turnirin favoriti qismində hansı komandanın adını çəkə bilərsiz?

- Heç bir favoritim yoxdur. Bütün komandaların səviyyəsi demək olar ki bərabərdir. Avropa çempionatına vəsiqə qazanan istənilən komanda güclüdür.

- Səhv etmirəmsə, bu, Bakıya ilk səfəriniz deyil...

- Bəli, daha əvvəl də Bakıya səfər etmişəm. Buna qədər 2 dəfə Azərbaycanda olmuşam. Bu, üçüncü səfərimdir.

- Azərbaycan millisini Qazaxıstanda keçirilən “Prezident kuboku”nda oyunsonrası penaltilər seriyasında üstələmişdiz. Yığmamız yadınızda necə qalıb?

- Azərbaycan millisi yaxşı təşkil olunmuş komandadır. Öz üzərlərində çox çalışırlar. Komandada məşqçi işi görünür. Onlara qarşı çox çətinliklə, yalnız penaltilərdə qalib gəlmişdik.

- Yenidən Azərbaycanla finalda qarşılaşmaq istərdiz?

- Bu, böyük bir uğur olardı. Lakin həlledici qarşılaşmaya vəsiqə qazanmaq üçün hər iki konanda çox çalışmalıdır.

- Karyeranızın 10 ilini “Atletiko”da keçirmisiz. Bu komandanın Azərbaycanda xeyli sevildiyindən xəbəriniz var?

- “Atletiko” ilə əməkdaşlıq müqaviləsini nəzərdə tutursuz. “Land of fire Azerbaijan” brendi həm “Atletiko”, həm də ölkəniz üçün müsbət məqamdı. Artıq ölkəniz Avropada kifayət qədər tanınır. Bu işi həyata keçirən insanlara alqış düşür. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30