9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Basketbol

Danimarka millisinin baş məşqçisi: “Bakıda sürpriz edəcəyik”

Danimarkanın U-17 millisinin baş məşqçisi Jan Mikaelsen Futbolxeber.az saytına müsahibə verib.

- Bakıda keçiriləcək Avropa çempionatında Danimarka millisi çox güclü qrupda yer alıb. İngiltərə, Fransa və İsveçlə mübarizədə komandanızın şanslarını necə dəyərləndirirsiz?

- Çox güclü qrupda yer almışıq. Ümumi götürəndə, Avropa çempionatında zəif komanda olmur. Turnirdə ən güclülər mübarizə aparır. Qrupumuzda Fransa və İngiltərə yığmaları favoritdir. Bunu inkar etmək olmaz. Amma inanıram ki, Bakıda sürpriz edəcəyik. Bunun üçün tam gücümüzlə mübarizə aparacağıq. Komandamın məqsədi hamını təəccübləndirməkdir.

- Hansı sürprizi planlaşdırırsız?

- Qrupdakı rəqiblərimiz ciddidir. Amma onları məğlub etməyimiz mümkündür. Hər komandanın özünəməxsus keyfiyyətləri var. Hücumda yaxşı oynasaq, şansımız artacaq.

- İlk oyunda son çempiona qarşı oynayacaqsız. Bu məqam komandanızın lehinədir, yoxsa əleyhinə?

- Hazırda nəyisə dəyişə bilmərəm. Fransanın əla heyəti var. Çox yaxşı oynayırlar. Bu il 2 dəfə onlarla qarşılaşmışıq. Nəyə qadir olduqlarını çox yaxşı bilirik. Matça qədər tam hazır olacağıq . Oyunun çox çətin olacağı şübhə doğurmur. Amma inanıram ki, sürpriz edəcəyik.

- Statistikaya inansaq, Danimarkanın U-17 yığması 12-13 ildən bir Avropa çempionu olur. Komandanız tarixi ərzində üçüncü qızıl medalını Bakıda qazana bilər?

- Hər şey mümkündür. Çempion olmaq üçün bütün oyunları tam gücümüzlə oynamalıyıq. Futbolda mümkünsüz heç nə yoxdur. Amma hazırda bütün diqqətimizi ilk oyuna yönəltmişik.

- Ev sahibi Azərbaycan yığması haqda hansısa məlumatınız var?

- Sözünü açığı, yığmanız haqda məlumatsızam.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30